İngiltərə Premyer Liqası: "Arsenal" zirvədəki yerini qorudu

İngiltərə Premyer Liqası: "Arsenal" zirvədəki yerini qorudu
19.05.2026 01:10 İdman

İngiltərə Premyer Liqasının 37-ci turunda "Arsenal" evdə "Börnli"ni qəbul edib.

TodayPress TV xəbər verir ki, "Emireyts" stadionunda keçirilən görüş "topçular"ın qələbəsi ilə yekunlaşıb - 1:0.

Matçın 37-ci dəqiqəsində alman hücumçu Kay Havertsin vurduğu qol "Arsenal"ın rəqibini məğlub etməsi üçün kifayət edib.

Bu nəticə sayəsində London təmsilçisi xal ehtiyatını 82-yə yüksəldərək turnir cədvəlinin zirvəsində qərarlaşıb. Bir oyun az keçirmiş "Mançester Siti" isə 77 xalla ikinci yerdədir.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər