İngiltərə klubu ilk transferi üçün 23 milyon avro xərclədi

İdman

04.01.2026 04:00

İngiltərənin "Vest Hem" klubu qış transfer pəncərəsində komandanın ilk transferini rəsmən açıqlayıb.

TodayPress TV-nin  məlumatına görə, komandanın yeni üzvü, mövsümün ilk yarısında Portuqaliya çempionatının "Jil Visente" klubunda çıxış edən, 22 yaşlı Braziliya hücumçusu Pablo Felipe olub.

Felipe komandanın baş məşqçisi Nunu Eşpiritu Santu tərəfindən əsas transfer hədəfi kimi müəyyən edilib. Futbolçu ilə müqavilə 4.5 illik olub. Transferin məbləği 23 milyon avro təşkil edib.

2025/2026 mövsümünün ilk yarısında Pablo Felipe Portuqaliya çempionatında 12 matçda iştirak edib, doqquz qol vurub və bir məhsuldar ötürmə edib. 2025-ci ilin iyulunda "Jil Visente" onun transferi üçün "Famalikan" klubuna 250 min avro ödəyib. Braziliyalı futbolçu yeni klubunda 19 nömrəli forma ilə çıxış edəcək.

TodayPress TV

tag: İngiltərə,Futbol, Avro, Transfer,todaypress.tv,