İnfantino ilə bağlı yeni qalmaqal iddiası ortaya çıxdı!

İnfantino ilə bağlı yeni qalmaqal iddiası ortaya çıxdı!
06.08.2026 09:32 İdman

FIFA 2027-ci ildə keçiriləcək prezident seçkiləri öncəsi üzv futbol assosiasiyalarına Canni İnfantinonun yenidən seçilməsini dəstəkləmək məqsədilə əvvəlcədən hazırlanmış məktublar göndərib.

TodayPress TV “Sky News”a istinadən xəbər verir ki, İnfantinonun dünya futbolunun rəhbəri kimi on ildən artıq fəaliyyəti təriflənən məktub mətnləri dünya çempionatından əvvəl – may və iyun aylarında FIFA əməkdaşları tərəfindən assosiasiyalara çatdırılıb.

İddiada bildirilir ki, məktubların hər birində müvafiq futbol assosiasiyası prezidentinin adı və imzası əvvəlcədən yerləşdirilib. Sənədlərin daha sonra FIFA-ya 2027-ci il prezident seçkiləri öncəsi rəsmi dəstək məktubu kimi geri göndərilməsi nəzərdə tutulub.

Məlumata əsasən, belə məktublar bütün futbol assosiasiyalarına göndərilməyib. Mətnlərdə İnfantinonun rəhbərliyi dövründə futbol infrastrukturunun inkişafı və qadın futbolunun irəliləyişi xüsusi vurğulanıb.

Qeyd olunur ki, FIFA-nın mövcud nizamnaməsində təşkilatın daxili resurslarından fəaliyyətdə olan prezidentin seçki kampaniyası üçün istifadəsini qadağan edən konkret müddəa yoxdur.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər