“İmişli” İntizam Komitəsinin qərarından narazıdır
“İmişli” klubu AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək.
TodayPress TV xəbər verir ki, bu barədə İmişli təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İntizam Komitəsinin iclasında çıxarılan qərarlar ağırdır. Müvafiq hüquqi çərçivədə Apellyasiya Arbitraj Tribunalına şikayət təqdim ediləcək.
Qeyd edək ki, AFFA İntizam Komitəsi Premyer Liqanın IV turunda “Sumqayıt”la ev oyununda (1:0) adı protokolda olmayan İbrahim Əliyevin meydana çıxması səbəbindən “İmişli” klubuna 0:3 hesablı texniki məğlubiyyət verib. Bundan başqa klub 5 000 manat cərimələnib.
Namiq HUN