"İmişli" hücumçusu ilə yollarını ayırdı

"İmişli" hücumçusu ilə yollarını ayırdı
08.01.2026 00:23 İdman

“İmişli” klubu futbolçusu ilə yollarını ayırıb.

TodayPress TV xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Komandanın hücumçusu İbrahim Əliyevlə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.

Qeyd edək ki, İbrahim Əliyev mövsümün əvvəlində MOİK-dən “İmişli”yə transfer olunmuşdu. O, cari mövsümdə komandanın heyətində 11 rəsmi oyunda meydana çıxıb və 1 qolla yadda qalıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər