İldırım meydanda faciə yaratdı: futbolçu həyatını itirdi

İldırım meydanda faciə yaratdı: futbolçu həyatını itirdi
05.08.2026 15:04 İdman

Tailandda futbolçu oyun zamanı ildırım vurması nəticəsində həlak olub.

TodayPress TV xəbər verir ki, Tailandda keçirilən regional Golok FA Cup 2026 turnirində faciəli hadisə baş verib.

Məlumata görə, oyun zamanı futbolçunu ildırım vurub. Nəticədə idmançı hadisə yerində həyatını itirib, daha doqquz oyunçu isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Şahidlər təcili tibbi yardım əməkdaşları gələnədək futbolçuya ilkin yardım göstərməyə çalışsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə tribunalarda olan azarkeşlər tərəfindən lentə alınıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər