İki avarçəkənimiz Amsterdamda Azərbaycan bayrağını zirvəyə daşımağa çalışacaq
Niderlandın paytaxtı Amsterdamda avqustun 24-dən 30-dək akademik avarçəkmə üzrə dünya çempionatı keçiriləcək.
TodayPress TV xəbər verir ki, 60-dan çox ölkənin idmançılarının qatılacağı dünya çempionatında Azərbaycanı iki avarçəkən – Ziya Məmmədzadə və Nurlan Paşayev təmsil edəcək.
İdmançılar Azərbaycan millisinin baş məşqçisi Volodimir Morozovun rəhbərliyi altında ikinəfərlik qayıqlarda mübarizə aparacaqlar.
Məmmədzadə və Paşayev mötəbər yarışda uğurlu nəticə qazanmaq və ölkəmizi layiqincə təmsil etmək üçün qüvvələrini sınayacaqlar.
Namiq HUN