İbrahim Mbaye dünya çempionatlarında qol vuran ən gənc afrikalı futbolçu oldu
DÇ-2026-nın qrup mərhələsinin I turunda Fransa yığmasına qol vuran Seneqal yığmasının üzvü İbrahim Mbaye tarixə düşüb.
TodayPress TV FIFA-ya istinadən xəbər verir ki, o, dünya çempionatlarında qol vuran ən gənc afrikalı futbolçu olub.
İ.Mbaye 18 yaş 143 günlüyündə fərqlənib.
Qeyd edək ki, I qrupunun matçında Fransa yığması Seneqalı 3:1 hesabı ilə məğlub edib. Gənc futbolçu komandasının yeganə qolunu qarşılaşmanın 90+5-ci dəqiqəsində vurub.