Hemiltondan “Formula-1”ə çağırış: Avtoidman hamı üçün açıq olmalıdır!

Hemiltondan “Formula-1”ə çağırış: Avtoidman hamı üçün açıq olmalıdır!
26.11.2026 17:30 İdman

“Formula-1”in yeddiqat dünya çempionu Lyuis Hemilton avtoidmanda bərabər imkanların təmin edilməsi istiqamətində işlərin sürətləndirilməsini istəyib.

TodayPress TV xəbər verir ki, britaniyalı pilot “Mission 44” fondunun “Igniting Inclusion” adlı yeni hesabatına ön söz yazaraq son beş ildə bu sahədə əldə olunan irəliləyişləri dəyərləndirib.

Hemilton bildirib ki, müxtəlif sosial qrupların nümayəndələri üçün avtoidmanda karyera imkanlarının genişləndirilməsi istiqamətində müəyyən addımlar atılsa da, hələ görüləsi işlər çoxdur.

O, “Formula-1” komandalarını, FIA-nı və çempionat rəhbərliyini hesabatda yer alan üç tövsiyəni həyata keçirməyə çağırıb.

Yeddiqat dünya çempionu vurğulayıb ki, istedadlı gənclərin avtoidmana cəlb olunması idmanın gələcək inkişafı üçün vacibdir.

“Avtoidman sizi gözləyir. Bu, xeyriyyə məqsədilə deyil, yeni qələbələr üçün sizin istedadlarınıza ehtiyac duyulduğuna görədir”, – deyə Hemilton qeyd edib.

Namiq HUN

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər