Lebron yaşına meydan oxuyur - hədəfi yenidən zirvəyə qayıtmaqdır
NBA-nın dördqat çempionu Lebron Ceyms 42 yaşına yaxınlaşarkən fiziki vəziyyəti ilə bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, bu barədə “NBA Courtside” “X” sosial şəbəkəsində məlumat yayıb.
Hazırda “Filadelfiya” klubunda çıxış edən 41 yaşlı basketbolçu son vaxtlar özünü yaxşı hiss etdiyini, lakin optimal formaya qayıtmaq üçün bir qədər vaxta ehtiyacı olduğunu bildirib:
“Bir aydan sonra 42 yaşım olacaq. Formamı bərpa edirəm. Bu proses bir qədər çox vaxt aparır, amma son vaxtlar özümü kifayət qədər yaxşı hiss edirəm”.
Qeyd edək ki, “Filadelfiya” 2026/2027-ci illər mövsümündə keçirdiyi 19 oyunun 15-də qələbə qazanaraq Şərq Konfransının lideridir. Lebron Ceyms cari mövsüm meydana çıxdığı 15 oyunda orta hesabla 17,1 xal, 6,9 ribaund və 6,9 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN