Hemilton “Ferrari”də parladı! “Formula-1” əfsanəsi onu təriflədi

Hemilton “Ferrari”də parladı! “Formula-1” əfsanəsi onu təriflədi
11.08.2026 14:10 İdman

“Formula-1” üzrə üçqat Qran-pri qalibi Tyeri Butsen “Ferrari”nin pilotu, yeddiqat dünya çempionu Lyuis Hemiltonun çıxışını dəyərləndirib.

TodayPress TV xəbər verir ki, Butsen bu barədə “Formula-1”in mətbuat xidmətinə açıqlamasında danışıb.

“Lyuis – Lyuisdir və o, zirvədə olmağa layiqdir. O, bütün karyerası ərzində zirvədə olub, daha sonra isə ötən il çətinlik çəkdi. Lyuisin Corc Rassellə eyni problemi var idi: özünəinam, yaxşı işləməyən bolid və bütün bu detalların bir araya gəlməsi vəziyyəti çox pis göstərirdi. Lakin Lyuis yenə də Lyuisdir.

Bolid yaxşılaşan kimi o, bunu etdi və Barselonada yarışı qazandı. Mən onun adına çox sevindim”, – deyə Butsen bildirib.

Namiq HUN

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər