Həbibin Makqreqora qəzəbi bitmir! Kormye səbəbi açıqladı

Həbibin Makqreqora qəzəbi bitmir! Kormye səbəbi açıqladı
11.08.2026 11:05 İdman

UFC-nin Şöhrət Zalının üzvü, keçmiş yarımağır və ağır çəkidə UFC çempionu, hazırda isə təşkilatda analitik və şərhçi kimi fəaliyyət göstərən amerikalı Daniel Kormye Həbib Nurməhəmmədovun Konor Makqreqoru niyə heç vaxt bağışlamayacağını açıqlayıb.

TodayPress TV xəbər verir ki, Kormye bu barədə “ALF Global”a müsahibəsində danışıb.

O, Həbibin komandası ilə yaxın münasibətlərinin olduğunu və onların dini inanclarına, ailələrinə yüksək səviyyədə bağlı olduqlarını bildirib.

Kormyenin sözlərinə görə, Makqreqorun etdiyi hərəkətlərdən sonra Həbibin onu bağışlaması mümkün deyil:

“Xəbərim var ki, Həbibin komandasındakı qardaşlarım dinlərinə, inanclarına və ailələrinə nə qədər sadiqdirlər. Buna görə də belə hərəkətlər etdikdə geriyə yol qalmır. Həbib Konora mənim Con Consla davrandığım kimi münasibət göstərə bilməz. O, Konora qarşı çox sərt davranmaq istəyərdi və komandadakı digər şəxslər də eyni hissləri keçirirdilər”.

Kormye əlavə edib ki, Həbiblə Makqreqor arasındakı vəziyyət onun Con Consla münasibətlərinə bənzəyir. Lakin onun fikrincə, amerikalıların bu məsələyə yanaşması fərqlidir.

Namiq HUN

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər