“Qızıl top” vədi belə Neymarı fikrindən döndərmədi

“Qızıl top” vədi belə Neymarı fikrindən döndərmədi
19.11.2026 09:24 İdman

"İnter Mayami”nin hücumçusu Luis Suares 2017-ci ildə Neymarı “Barselona”dan ayrılaraq PSJ-yə keçmək fikrindən daşındırmaq üçün Lionel Messi ilə birlikdə göstərdikləri səylərdən danışıb.

TodayPress TV xəbər verir ki, uruqvaylı futbolçu Kataloniyanın “Catalunya Ràdio” radiostansiyasına müsahibəsində həmin dövrü xatırlayıb.

“2017-ci ilin yayında Neymarı “Barselona”da qalmağa razı salmaq mümkün deyildi. Messi ilə birlikdə onun PSJ-yə keçidinin qarşısını almaq üçün əlimizdən gələni etdik. Hətta Messi ona “Barselona”da qalsa, “Qızıl top”u qazanacağını da deyirdi”, - deyə Suares bildirib.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında rekord məbləğə - 222 milyon avroya PSJ-yə transfer olunub. Braziliyalı hücumçu 2017-ci ilin avqustundan 2023-cü ilin avqustunadək Paris təmsilçisinin formasını geyinib. O, bu müddətdə 173 oyunda meydana çıxaraq 118 qol vurub.


Namiq HUN

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər