Qazaxıstandan milli valyutadan rus dilini SİLDİ
Qazaxıstan milli valyutasının yeni 5 min və 10 min tengelik əskinaslarında rus dilindən istifadəyə son qoyub. Yeni əskinaslarda Milli Bankın adı və pulun nominal dəyəri yalnız qazax dilində qeyd olunub.
TodayPress TV xəbər verir ki, yeni əskinasların dizaynı “Skif üslubu” adlandırılıb. Onların üzərində türk mədəniyyətini əks etdirən heyvan təsvirləri və qədim çöl həyatına xas ənənəvi naxışlardan istifadə olunub.
Yeni dizaynla Qazaxıstan milli kimliyini, tarixi irsini və mədəni müstəqilliyini ön plana çıxarmağı hədəfləyib.
Qiymət Mahir