Borc ödənildi, qadağa götürüldü: “Soçi” transferlərə qayıdır!

Borc ödənildi, qadağa götürüldü: “Soçi” transferlərə qayıdır!
19.11.2026 11:00 İdman

Beynəlxalq Futbol Federasiyası (FIFA) Rusiyanın “Soçi” klubuna tətbiq etdiyi transfer qadağasını aradan qaldırıb.

TodayPress TV xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, klub barəsində sanksiya sentyabrın 9-da qüvvəyə minmişdi və üç transfer pəncərəsini əhatə edirdi.

“Soçi” klubunun baş direktoru Sergey Novikov bildirib ki, komanda müdafiəçi Nemanya Stoiçin transferinə görə Təl-Əvivin “Makkabi” klubuna olan borcunu tam ödəyib. Bundan sonra FIFA transfer qadağasını ləğv edib.

Hazırda “Soçi” 33 xalla Pari Liqasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Komanda “Nijni Novqorod” (46 xal), Moskva “Torpedo”su (35 xal) və Yekaterinburq “Ural”ından (34 xal) geri qalır.


Namiq HUN

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər