Putin, Tramp və Si Cinpin görüşü öncəsi siqnal: “Qiyamət radiosu” “günahkar” mesajı verdi
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında gözlənilən üçtərəfli görüşdən əvvəl Rusiyanın sirli radio stansiyası növbəti şifrəli mesaj yayımlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə “UVB-76 Logi” "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, Bakı vaxtı ilə saat 11:05-də yayımlanan mesajda hərf və rəqəmlərlə yanaşı, “günahkar” sözü də yer alıb.
“Qiyamət radiosu” kimi tanınan UVB-76 stansiyasının fəaliyyəti beynəlxalq diqqət çəkib. Lakin yayımlanan mesajın qarşıdakı siyasi görüşlə əlaqəli olduğuna dair hər hansı təsdiqlənmiş məlumat yoxdur.
Qeyd edək ki, noyabrın 19-da Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş Çinin Şençjen şəhərində keçirilən APEC sammiti çərçivəsində baş tutub.
Məlumatlara görə, liderlər görüşün gündəliyini əvvəlcədən tam razılaşdırmamaq qərarına gəliblər. Bununla belə, Kreml bəzi məsələlərin müzakirə olunacağını bildirib.
Türkan İsgəndərli