Ermənistanda hər iki nəfərdən biri kasıbdır

Ermənistanda hər iki nəfərdən biri kasıbdır
19.11.2026 11:50 Dünya

Ermənistan parlamentinin “Hayastan” (“Ermənistan”) fraksiyasından olan deputatı Mesrop Manukyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Babken Tun yana müraciət edərək, hakimiyyətin iqtisadi uğurlarla bağlı bəyanatları ilə ölkədəki real yoxsulluq səviyyəsi arasındakı uyğunsuzluğa diqqət çəkib.

TodayPress TV xəbər verir ki, bu barədə “Rusyerevantoday” məlumat yayıb.

“Siz 2018–2019-cu illərdə ölkəmizdə ifrat yoxsulluq şəraitində yaşayan insanların qalmayacağını vəd etmişdiniz. Lakin 2023-cü ilin yekunları göstərir ki, ölkədə təxminən bir milyon ifrat yoxsul vətəndaş var.

Siz yenidən yoxsulluq səviyyəsinin 5 faiz azalmalı olduğunu vəd etdiniz, amma bu azalma baş vermədi.

Deməli, maliyyə naziri bütün göstəriciləri fantastik kimi təqdim edəndə və bilmirəm, 300 min iş yerinin yaradıldığını deyəndə məntiqsizlik yaranır: bu qədər iş yeri yaradılıb, amma işsizlik və ya yoxsulluq səviyyəsi azalmayıb”, – deyə Manukyan bildirib.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər