Britaniyanın müsəlman qadın naziri ukraynalıları ölkəyə buraxmadı, fələstinlilərə qapı açdı
Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud yeni qaçqınların yerləşdirilməsi proqramında əfqan və fələstinli qaçqınlara üstünlük verir , ukraynalıların isə hələ də daimi yaşayış icazəsi almaq üçün konkret yolu yoxdur.
TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin məlumatında və parlamentin 16 noyabr tarixli açıqlamasında bildirilib.
Böyük Britaniyanın yenidən fəaliyyətə başlayan qaçqınların yerləşdirilməsi proqramı çərçivəsində müraciətlərin təxminən 25 faizinin əfqan qadın və qızlara, eləcə də fələstinlilərə aid olacağı gözlənilir. Proqram çərçivəsində ölkəyə qəbul edilən şəxslər beş ildən sonra daimi yaşayış icazəsi üçün müraciət edə biləcəklər.
Lakin noyabrın 16-da hökumət təsdiqləyib ki, xüsusi viza proqramları əsasında Böyük Britaniyada yaşayan ukraynalıların daimi yaşayış icazəsi almaq üçün birbaşa imkanı yoxdur.
Niyə ölkəyə yeni qəbul edilən bəzi qaçqınlara daimi yaşayış üçün konkret perspektiv təqdim edildiyi halda, artıq Britaniyada yaşayan ukraynalıların gələcəyi qeyri-müəyyən olaraq qalır?
Zəhra Məmmədova