“Leykers”in çempionluq iddiası NBA-da böyük müzakirə yaradıb
Tanınmış amerikalı idman şərhçisi Stiven E. Smit NBA-nın aparıcı basketbolçularına müraciət edərək “Los-Anceles Leykers”in çempion olmasına imkan verməməyə çağırıb.
TodayPress TV xəbər verir ki, jurnalist buna səbəb kimi komandanın əsas oyunçularının dəri rəngini göstərib.
Smitin sözlərinə görə, Luka Donçiç, Ostin Rivz və Uoker Kesslerin liderlik etdiyi “Leykers” NBA tarixində üç ağdərili basketbolçunun əsas rol oynadığı çempion komanda olmaq təhlükəsi yaradır.
O, LeBron Ceyms, Kevin Durant, Stefen Karri, Entoni Edvards, Şey Gilces-Aleksander və Viktor Vembanyama da daxil olmaqla, NBA ulduzlarını bu vəziyyətə qarşı mübarizə aparmağa səsləyib.
Qeyd edək ki, Smit daha əvvəl də “Leykers”in çempionluq perspektivlərini komandanın əsas oyunçularının irqi tərkibi ilə əlaqələndirərək şübhə altına alıb. O, iyul ayında üç əsas oyunçusu ağdərili olan komandanın çempion ola bilməyəcəyini bildirmişdi. Jurnalist noyabrın 11-də də eyni mövqeyi təkrarlayıb.
Bununla belə, “Leykers” 2026/2027-ci illər mövsümünə uğurlu başlayıb. Cey Cey Redikin rəhbərlik etdiyi kollektiv keçirdiyi 15 oyunun 13-də qələbə qazanıb. Komandanın ardıcıl qələbələrinin sayı 9-a çatıb.
Namiq HUN