Trampdan Si Cinpinə: “Sən mənim qardaşımsan”

Trampdan Si Cinpinə: “Sən mənim qardaşımsan”
19.11.2026 11:25 Dünya

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə münasibətlərindən danışaraq, hər iki liderin hakimiyyətdə olduğu müddətdə problem yaşanmayacağını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Mario Nawfal” “X” sosial şəbəkəsində paylaşım edib.

“Sən mənim dostumsan və bizim çox xüsusi münasibətlərimiz var. Sən və mən rəhbərlikdə olduğumuz müddətdə heç vaxt problem yaşamayacağıq”, – deyə Tramp bildirib.

Diqqət çəkən məqamlardan biri Trampın prezidentlik müddətinin 2029-cu ilin yanvarında başa çatmasıdır.

Çində isə 2018-ci ildə prezidentlik müddətinə qoyulan məhdudiyyət ləğv edilib. Bu səbəbdən Si Cinpin istədiyi qədər hakimiyyətdə qala bilər.

Bu vəziyyət təxminən iki illik zəmanətli sülh deməkdir.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər