Tramp ANONSU VERDİ! 10 il sonra…

Tramp ANONSU VERDİ! 10 il sonra…
19.11.2026 13:09 Dünya

ABŞ Prezidenti Donald Tramp Çinin nüvə silahı arsenalını sürətlə genişləndirdiyini və qarşıdakı 10 il ərzində ABŞ və Rusiyanın səviyyəsinə çata biləcəyini bildirib.

TodayPress TV xəbər verir ki, Tramp ölkələrin nüvə başlıqlarının sayı ilə bağlı öz qiymətləndirməsini bölüşüb. 

Onun sözlərinə görə, ABŞ-nin arsenalında təxminən 4 min, Rusiyanın arsenalında isə 3 min 800 nüvə başlığı var. Çinin nüvə başlıqlarının sayının isə 400-500 arasında olduğu bildirilir.

“Çinin hazırda 400-500 nüvə başlığı var, lakin onlar digər ölkələrə çatacaqlar. On il ərzində bu istiqamətdə sürətlə irəliləyirlər”, – deyə Tramp qeyd edib.

ABŞ Prezidenti Pekinin nüvə silahlarının artırılmasını dayandırmasını istədiyini bildirib. Bununla belə, o, digər ölkələr də öz nüvə arsenalını genişləndirdiyi halda silahlanma yarışını dayandırmaq üçün tərəfləri razı salmağın çətin olduğunu vurğulayıb.

Qiymət Mahir



XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər