Hacardan riskli bəyanat: “Sürətimiz varsa, cəza bizi saxlamayacaq!”

Hacardan riskli bəyanat: “Sürətimiz varsa, cəza bizi saxlamayacaq!”
01.10.2026 13:57 İdman

“Formula-1” üzrə “Red Bull” komandasının pilotu Isak Hacar “Sepanq” trekində keçiriləcək Qran-pridə start torunda ən azı beş mövqe itirəcəyini təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” nəşri məlumat yayıb. 

“Düşünürəm ki, Bakı hər halda maşınımıza uyğun gəlirdi və yenilənmə də öz rolunu oynadı. Lakin bunu “Sepanq” kimi daha ənənəvi konfiqurasiyaya malik trekdə sınaqdan keçirmək hansı səviyyədə olduğumuzu daha aydın anlamağa imkan verəcək. Bu trekdə daha az rəqabətədavamlı olacağımızı gözləyirəm. Amma bu istirahət günlərində podium uğrunda mübarizə apara bilsək, bu, çox yaxşı olacaq.

Mənim üçün vəziyyət bir qədər mürəkkəbdir, çünki start torunda beş mövqelik cəza almalıyam. Lakin buna baxmayaraq, hesab edirəm ki, əgər yürüş tempin varsa, hər bir halda mövqeləri bərpa edə bilərsən. Əks halda, deməli, kifayət qədər sürətli deyilik. Bütün məsələ bundan ibarətdir”, - deyə Hacar bildirib.

Namiq HUN

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər