Gürcüstanda Azərbaycan imzası: 10 idmançıdan 5-i vətənə medalla dönür!

Gürcüstanda Azərbaycan imzası: 10 idmançıdan 5-i vətənə medalla dönür!
30.09.2026 17:24 İdman

Gürcüstanın paytaxtı Tbilisidə stolüstü tennis üzrə "WTT Youth Contender Tbilisi 2026" turnirinə yekun vurulub.

TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçiləri beynəlxalq yarışda uğurla çıxış edərək ölkəmizə 5 medalla qayıdırlar.

Milli komandaların baş məşqçiləri Mixail Timofeyev, Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında turnirə qatılan 10 idmançımızdan 5-i fəxri kürsüyə qalxmağı bacarıb.

Heyətdə Onur Quluzadə U-19 yaş dərəcəsində, Cəfər Almədədli, Əliəkbər Mirzəliyev, Gülnur Kərimli və Səidə Quluzadə isə U-11 yaş dərəcəsində bürünc medala layiq görülüblər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər