Gülxanım Şirinova bürünc medal qazana bilmədi
Azərbaycan güləşçisi Gülxanım Şirinova Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal uğrunda görüşdə məğlub olub.
TodayPress TV xəbər verir ki, 40 kq çəki dərəcəsində yarışan idmançı türkiyəli Şirin Askara 4-12 hesabı ilə uduzub.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.