Güləşçilərimiz Avropa çempionatına möhtəşəm başladı
U15 Avropa çempionatı çərçivəsində Bolqarıstanda keçirilən yarışda Azərbaycanın yunan-Roma güləşçiləri uğurlu start götürüblər.
TodayPress TV xəbər verir ki, Samokov şəhərində təşkil olunan turnirdə millimizin bir neçə üzvü növbəti mərhələyə yüksəlib.
Hüseyn Əmrahlı (38 kq) bolqarıstanlı İvan Aleksandrovu tam üstünlüklə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Digər güləşçilərimizdən Punhan Şahmarov (48 kq), Raul Məmmədzadə (62 kq), Xudayar Kərimov (41 kq), Paşa Aslan (44 kq) və Sadiq Vəlizadə (57 kq) isə 1/4 final mərhələsinə yüksəliblər.
Qeyd edək ki, U15 Avropa çempionatı mayın 24-dək davam edəcək.
Namiq HUN