Güləşçilər Universiadada 8 medal qazandı

Güləşçilər Universiadada 8 medal qazandı
08.09.2025 10:48 İdman

Qırğızıstanda keçirilən Türkdilli Dövlətlərin Universiadasında güləş yarışı başa çatıb. 

TodayPress TV xəbər verir ki, Çolpon-Ata turnirinin növbəti yarış günündə 4 güləşçimiz fəxri kürsüyə qalxıb. 

Yunan-Roma güləşində Roman Kərimov (67 kq), sərbəst güləşdə isə Əşrəf Aşırovla (86 kq) Yusif Dursunov (125 kq) qızıl medal qazanıb. Sərbəst güləşçi Musa Ağayev (65 kq) isə gümüş medala layiq görülüb.

Nəticədə güləşçilərimizin Universiadadan qazancı 4 qızıl, 2 gümüş və 2 bürünc medal olub. 

Yunan-Roma güləşi üzrə komandamız Universiadanın qalibi olub. Sərbəst güləş üzrə millimiz isə 2-ci yeri tutub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər