Gülər Hüseynova final uğrunda döyüşəcək, Adil Kazımlı start götürəcək
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları davam edir.
TodayPress TV xəbər verir ki, bu gün Azərbaycan millisinin iki idmançısı yarışlarda mübarizə aparacaq.
Təmsilçilərimizdən biri boks, digəri isə taekvondo üzrə qüvvəsini sınayacaq.
Boks yarışlarında Gülər Hüseynova (51 kq) Bakı vaxtı ilə saat 16:15-də yarımfinal görüşünə çıxacaq. Yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edən idmançımız finala vəsiqə uğrunda mübarizə aparacaq.
Digər təmsilçimiz Adil Kazımlı isə taekvondo yarışlarında mübarizəyə başlayacaq. 73 kq çəki dərəcəsində çıxış edən idmançımız saat 16:24-də dayanq üzərinə çıxacaq.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 4 medal (3 qızıl, 1 gümüş) var. Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına noyabrın 13-də yekun vurulacaq.
Namiq HUN