Dakar-2026-da parlaq qələbə: Gülər Hüseynova qızıl medala bir addım məsafədə!
Azərbaycan boksçusu Gülər Hüseynova (51 kq) Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında finala yüksəlib.
TodayPress TV xəbər verir ki, idmançımız 1/2 final mərhələsində kanadalı Mehrin Xana 5:0 (30:26, 30:26, 30:26, 30:25, 30:27) hesabı ilə qalib gəlib.
Avropa çempionumuz qızıl medal uğrunda həlledici görüşdə venesuelalı Qrenyellis Qarsiya ilə qarşılaşacaq.
Qeyd edək ki, Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının qalibinin adına noyabrın 12-də aydınlıq gələcək.
Namiq HUN
TodayPress.tv
Gülər Hüseynova
IV Yay Olimpiya Oyunları
Məryəm Cavadova
Süleyman İsmayılzadə
Milli Olimpiya Komitəsi
Todaypress.tv