İraq Vaşinqtonla Tehran arasında "sehrli açar" ola bilər
İraq Vaşinqtonla Tehran arasında körpü rolunu oynaya bilər.
TodayPress TV xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak bildirib.
Onun sözlərin görə, ABŞ-nin İranla fikir ayrılıqları olduğu üçün İraqın da bu ölkəyə qarşı düşmən mövqedə dayanmasına ehtiyac yoxdur. Əksinə, onun fikrincə, İraq Vaşinqtonun Tehranla birbaşa apara bilmədiyi danışıqların başlanması üçün “sehrli açar” ola bilər.
Barrak, İraqın tərəf seçməsini istəmək əvəzinə, iki ölkə arasında dialoqun qurulmasına töhfə verə biləcəyini bildirib.
Aysel Mətləb