Pakistan Türkiyə dronlarını öz ərazisində istehsal edəcək

Pakistan Türkiyə dronlarını öz ərazisində istehsal edəcək
11.11.2026 17:18 Dünya

Pakistan Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının yerli istehsalına başlayır.

TodayPress TV xəbər verir ki, Pakistanın NRTC şirkəti Türkiyənin TİTRA Technology şirkəti ilə pilotsuz uçuş sistemlərinin alınması və birgə istehsalına dair üçillik müqavilə imzalayıb.

Müqavilə çərçivəsində Pakistan 100 min Merküt FPV kamikadze dronu, 10 Alpin və 25 Dumrul fırlanan qanadlı pilotsuz uçuş aparatı, 500 Deli-2/Deli-S uçan sursatı və 250 Korqan avtonom dron stansiyası əldə edəcək.

Saziş yalnız hazır sistemlərin tədarükünü deyil, onların Pakistan ərazisində yerli istehsalını və yığımını da nəzərdə tutur.

Bu əməkdaşlığın Pakistanın müdafiə sənayesində pilotsuz sistemlərin istehsal imkanlarını genişləndirəcəyi və ölkənin xarici təchizatçılardan asılılığını azaltmağa imkan verəcəyi bildirilir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər