İranla bağlı 7 ölkədən ortaq qərar - Tələblər açıqlandı
G7 ölkələrinin xarici işlər nazirləri İranı fikir ayrılıqlarının diplomatik yolla həllinə çağırıblar.
TodayPress TV xəbər verir ki, bu barədə Parisdə keçirilən nazirlərin görüşünün yekunlarına dair Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı birgə bəyanatda bildirilib.
Sənəddə İranın nüvə silahı hazırlamamalı və əldə etməməli olduğu vurğulanıb. Nazirlər həmçinin Tehrandan Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə tammiqyaslı əməkdaşlığı bərpa etməyi tələb ediblər.
Görüş iştirakçıları Hörmüz boğazındakı vəziyyətdən narahatlıqlarını ifadə edərək, mülki gəmilərə hücumların dayandırılmasına çağırıblar. Onlar beynəlxalq gəmiçiliyin azad və təhlükəsiz şəkildə həyata keçirilməsinin vacibliyini də qeyd ediblər.
Bəyanatda G7 ölkələrinin regionda təhlükəsizliyin qorunması və beynəlxalq ticarətin müdafiəsi məqsədilə fəaliyyətlərini əlaqələndirməyə hazır olduqları bildirilib.
Kübra Musayeva