Paşinyan Pezeşkianla görüşdü: Nələr müzakirə olundu?

Paşinyan Pezeşkianla görüşdü: Nələr müzakirə olundu?
11.11.2026 19:03 Dünya

Antalyada keçirilən COP31 – Liderlər Sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.

TodayPress TV xəbər verir ki, həmsöhbətlər İrəvanda bir neçə gün əvvəl keçirilən Ermənistan-İran Hökumətlərarası Komissiyasının iclasında əldə olunan razılaşmaları və onların səmərəli şəkildə həyata keçirilməsini vacib hesab ediblər.

Tərəflər yüksək səviyyəli ikitərəfli görüşlərin intensiv xarakter daşıdığını vurğulayıb və bu görüşlərin Ermənistan-İran əlaqələrinin müxtəlif istiqamətlərdə genişlənməsinə töhfə verdiyinə əminliklərini ifadə ediblər.

Həmçininiki ölkə arasında əməkdaşlığa dair gündəlikdə duran məsələlər müzakirə olunub.

Aysel Mətləb

XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər