İspaniya səmasında uçuşlar dayandı... - 300-ə yaxın reys niyə ləğv edildi?
İspaniyada keçirilən ümumi tətil səbəbindən ölkənin hava limanlarında təxminən 300 aviareys ləğv edilib.
TodayPress TV xəbər verir ki, bu barədə krallığın hava limanlarının operatoru "Aena"nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 289 reys ləğv edilib.
Xatırladaq ki, noyabrın 11-də İspaniyada 24 saatlıq ümumi tətil başlayıb. Tətil keçirmək niyyəti barədə bu ilin oktyabrında ölkədə mənzil böhranı ilə əlaqədar müxtəlif etiraz aksiyalarının keçirilməsi fonunda elan edilmişdi.
Aysel Mətləb