Paşinyan Antalyada Pezeşkian və Ərdoğanla görüşdü

Paşinyan Antalyada Pezeşkian və Ərdoğanla görüşdü
11.11.2026 17:55 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyənin Antalya şəhərində İran Prezidenti Məsud Pezeşkianla görüş keçirib.

TodayPres TV xəbər verir ki, Paşinyan bu barədə özünün “Facebook” səhifəsində məlumat verib.

Bundan əlavə, Ermənistan Baş nazirinin mətbuat katibi Melanya Arutyunyanın bildirdiyinə görə, Paşinyan Antalya şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb.

Görüşlər zamanı aparılan müzakirələrin detalları barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, Nikol Paşinyan Antalyada COP31 çərçivəsində təşkil olunan Liderlər Sammitində iştirak edib. Sammitdə iqlim dəyişikliyi ilə mübarizə və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.

TodayPres TV


FOTOLAR

Paşinyan Antalyada Pezeşkian və Ərdoğanla görüşdü — 1
XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər