Kuşner təsdiqlədi! Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsinə razılaşdı
ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Cared Kuşner Əbu-Dabidə keçirilən üçtərəfli sülh danışıqlarında Ukrayna-Rusiya genişmiqyaslı hərbi əsir mübadiləsi barədə razılıq əldə olunduğunu təsdiqləyib, lakin mübadiləyə daxil ediləcək şəxslərin sayı hələ razılaşdırılır.
TodayPress TV xəbər verir ki, bu barədə o, danışıqlardan sonra keçirilən brifinqdə bildirib.
“Bunun müsbət nəticələrindən biri saxlanılan şəxslərin genişmiqyaslı humanitar azad edilməsi barədə razılaşmadır. Dəqiq rəqəmləri sabah razılaşdıracağıq”, – deyə Kuşner vurğulayıb.
Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov amerikalı xüsusi nümayəndələrə ayrıca təşəkkürünü bildirib və qeyd edib ki, son aylarda aparılan danışıqlar sayəsində, xüsusilə hərbi əsirlərin mübadiləsi məsələsində əhəmiyyətli irəliləyiş əldə olunub:
“Bu dəfə də mübadilə olacaq. Caredin qeyd etdiyi kimi, dəqiq say barədə daha sonra məlumat veriləcək”.
Aysel Mətləb