Paşinyanı sammitdə Azərbaycan mahnısı ilə qarşıladılar - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş sammitdə iştirak etmək üçün gələn dövlət və hökumət başçılarını, eləcə də nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.
TodayPress TV xəbər verir ki, qarşılama mərasimində diqqətçəkən məqamlardan biri Ermənistanın Baş naziri Nikol Paşinyanın tədbirə gəlişi zamanı yaşanıb.
Belə ki, Paşinyan içəri daxil olarkən Azərbaycan mahnısı səsləndirilib.
Söhbət Tofiq Quliyevin musiqisinə, xalq şairi Rəsul Rzanın sözlərinə bəstələnmiş məşhur “Sənə də qalmaz” mahnısından gedir.
Aysel Mətləb