Ağır zərbə: Azərbaycan millisi Monteneqrodan 7 qol buraxdı!
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk oyununu keçirib.
TodayPress TV xəbər verir ki, komandamız Monteneqro millisi ilə qarşılaşmadan məğlub ayrılıb.
Serbiyanın paytaxtı Belqradda baş tutan görüş rəqib komandanın 7:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-19 növbəti matçını noyabrın 14-də Serbiyanın müvafiq yaş qrupundan olan kollektivi ilə keçirəcək.
Namiq HUN