Ukrayna Rusiya hərbi təyyarəsini vurdu, pilotlar öldü - KİV

Ukrayna Rusiya hərbi təyyarəsini vurdu, pilotlar öldü - KİV
11.11.2026 17:34 Dünya

Sankt-Peterburq yaxınlığında Ukrayna dronlarına qarşı əməliyyat zamanı Rusiya hərbi təyyarəsinin məhv edildiyi, pilotlarının isə həlak olduğu bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya hərbi aviasiyası ilə sıx əlaqələri olan “Fighterbomber” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, Rusiya aviasiyası gecə saatlarında Sankt-Peterburq üzərində Ukrayna dronlarını ələ keçirmək üçün əməliyyat keçirib. Əməliyyat zamanı bir hərbi təyyarə itirilib, ekipaj üzvləri həlak olub.

Təyyarənin hansı modelə aid olduğu və hansı şəraitdə məhv edildiyi hələlik açıqlanmayıb. Söhbətin qırıcı təyyarədən, yoxsa Ka-52 və ya Mi-28 hücum helikopterindən getdiyi də məlum deyil.

Rusiya Müdafiə Nazirliyi helikopterin itkisi və pilotların ölümü ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər