Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Aleksandr Yunaşevə bildirib.
“Bu mövzuya toxunulub və qərar qəbul edilib. Ermənistan artıq bir neçə ildir ki, öz öhdəliklərini yerinə yetirmədiyinə görə, təşkilatın nizamnaməsini rəhbər tutaraq, Ermənistanın səsvermə hüququndan, eləcə də KTMT-də məsul vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan məhrum edilməsi təklif olunub və bu barədə qərar qəbul edilib”, – deyə o bildirib.
Aysel Mətləb