Gökmen Özdenak 78 yaşında vəfat etdi
İdman
31.12.2025 23:00
Türkiyənin “Qalatasaray” klubunun unudulmaz futbolçularından, idman yazarı və şərhçi Gökmen Özdenak 78 yaşında vəfat edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Qalatasaray” klubu məlumat yayıb.
Gökmen Özdenak son günlər ürək problemi səbəbindən xəstəxanaya yerləşdirilib, həkimlərin səylərinə baxmayaraq həyatını itirib.
Gökmen Özdenak 20 yaşında “Qalatasaray”-da futbolçu karyerasına başlayıb, 13 il ərzində bu komanda ilə 4 ölkə çempionluğu, iki Türkiyə Kuboku qazanıb. O, 1976-cı ildə “Qalatasaray”-ın Avropa kuboklarındakı 50-ci qolunu vuraraq klub tarixinə adını yazdırıb.
Türkiyə millisinin formasını 14 dəfə geyinən Gökmen Özdenak futbolçu karyerasını başa vurduqdan sonra uzun illər müxtəlif televiziya proqramlarında futbol şərhçisi və idman yazarı kimi fəaliyyət göstərib.
tag: Gökmen Özdenak,Vəfat,Xəbər,Məlumat,Todaypress.tv,
