Gənc Xodardan böyük uğur: “Masters”də tarixi yarımfinal!

Gənc Xodardan böyük uğur: “Masters”də tarixi yarımfinal!
12.08.2026 15:39 İdman

Dünya reytinqinin 15-ci pilləsində qərarlaşan ispaniyalı tennisçi Rafael Xodar “Masters” seriyalı turnirdə yarımfinala yüksələn 2006-cı il və daha sonra doğulan ilk oyunçu olub.

TodayPress TV xəbər verir ki, 19 yaşlı tennisçi Kanadanın Monreal şəhərində keçirilən ATP-1000 turnirinin 1/4 finalında dünya reytinqində 24-cü olan fransalı Artur Fisi 7:6 (7:5), 6:3 hesabı ilə məğlub edib.

Xodar yarımfinalda ABŞ təmsilçisi Brendon Nakaşima ilə qarşılaşacaq. Digər yarımfinal görüşündə isə amerikalılar Ben Şelton və Lear Tien üz-üzə gələcəklər.

Qeyd edək ki, Xodar 2026-cı ildə ATP səviyyəsində ilk titulunu qazanıb. O, apreldə Mərakeşdə keçirilən ATP-250 turnirinin qalibi olub.

Namiq HUN

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər