Gənc ulduz NBA-da rekord qırdı
18 yaşlı basketbolçu NBA-nın tarixinə düşüb
“Dallas” klubunun hücumçusu Kuper Fleqq ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) tarixinə düşüb.
TodayPress TV yerli mənbəyə istinadən xəbər verir ki, Fleqq NBA-da bir oyunda 40-dan çox xal toplayan ilk 18 yaşlı basketbolçu olub.
Forvard bu göstəriciyə “Yuta” ilə səfər oyununda nail olub. Baxmayaraq ki, qarşılaşma Meydan sahiblərinin (140:133) qələbəsi ilə başa çatıb.
Kuper topladığı 42 xal, 7 ribaund və 6 ötürmə ilə görüşün ən məhsuldar oyunçusu olub.
Namiq HUN