Gənc superistedad “Çelsi”yə gedir! Transfer başa çatmaq üzrədir
“Çelsi” ABŞ-ın “Los-Anceles Qalaksi” klubunda çıxış edən 16 yaşlı yarımmüdafiəçi Visente Qarsiyanı transfer etməyə yaxındır.
TodayPress TV “The Athletic”ə istinadən xəbər verir ki, London təmsilçisi gənc futbolçunun keçidi üçün təxminən 3 milyon avro ödəməyə hazırdır.
Tərəflər transferin əsas şərtlərini artıq razılaşdırıblar. Qarsiyanın 18 yaşı tamam olduqdan sonra, 2028-ci ilin yayında “Çelsi”yə qoşulacağı gözlənilir. Transfer məbləğinin bonuslar nəzərə alınmadan təxminən 3 milyon avro təşkil edəcəyi bildirilir.
Visente Qarsiya 2025-ci ilin yanvarında, 14 yaş 198 günlük olarkən “Los-Anceles Qalaksi” ilə ilk peşəkar müqaviləsini imzalayıb. Bununla da o, MLS tarixində əsas komanda ilə müqavilə bağlayan ən gənc beşinci futbolçu olub.
ABŞ və Meksika vətəndaşlığına malik olan yarımmüdafiəçi hər iki ölkənin aşağı yaş qrupları üzrə milli komandalarına dəvət alıb.
Qarsiya 2026-cı ilin avqustunda MLS-də “Dallas”a qarşı keçirilən oyunda ilk dəfə “Los-Anceles Qalaksi”nin əsas komandasının matç ərizəsinə daxil edilib.
O, cari mövsümdə klubun farm komandası “Ventura Kaunti”nin heyətində çıxış edir. Gənc futbolçu 16 matçda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Namiq HUN