Gənc cüdoçularımız Skopyedə uğur üçün tatamiyə çıxacaq

Gənc cüdoçularımız Skopyedə uğur üçün tatamiyə çıxacaq
03.08.2026 13:10 İdman

Azərbaycanı Avropa Kubokunda 13 cüdoçu təmsil edəcək.

TodayPress TV Cüdo Federasiyasına istinadən xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə avqustun 8-9-da Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında Avropa Kuboku keçiriləcək.

Turnirdə Azərbayhcan 6 çəki dərəcəsində 13 cüdoçu ilə təmsil olunacaq.

Qızların yarışında Nərgiz Əhmədova, Gülşən Hüseynova, Gülgəz Musayeva (hamısı 48 kq), Aysun Məmmədova, Nuranə Hacızadə (hər ikisi 52 kq), Vüsalə Hacıyeva, Aytən Verdiyeva, Xədicə Qədəşova (hamısı 57 kq) və Nilgün Rzayeva (63 kq) mübarizə aparacaqlar.

Oğlanlar arasında isə Kənan Hüseynov (73 kq), Davud Namazlı, Canpolad Əliyev və Vidad Əliyev (hamısı 100 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, Skopye turnirində 34 ölkədən ümumilikdə 346 idmançı mükafatlar uğrunda mübarizə aparacaq.

Namiq HUN

XƏBƏR LENTİ
03 AVQUST 2026
Bütün Xəbərlər