Gənc boksçularımız beynəlxalq sınağa çıxır

Gənc boksçularımız beynəlxalq sınağa çıxır
05.08.2026 11:09 İdman

Azərbaycanın U-15 boks millisi Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaq.

TodayPress TV xəbər verir ki, avqustun 6-da Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda məktəbli boksçular (U-15) arasında beynəlxalq turnirə start veriləcək.

Dörd gün davam edəcək yarışda Azərbaycanın U-15 millisi də iştirak edəcək.

Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) turnirdə rinqə çıxaraq medallar uğrunda mübarizə aparacaqlar.

Yığmamız baş məşqçi Etibar Abdullayevin rəhbərliyi altında iki boksçu ilə təmsil olunacaq. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər