Futzal Federasiyasında korrupsiya şübhəsi — prezident barəsində iş açıldı

İdman

10.02.2026 11:38

Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov barəsində cinayət işi başlanıb. 

Bu barədə TodayPress TV xəbər verir, məlumat qafqazinfo.az saytına istinadən yayılıb.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə Zaur Axundov ev dustaqlığına çıxarılıb. Hakim prokurorun təqdimatını təmin edib, əsaslandırma kimi Z.Axundovun daimi yaşayış yerinin olması və istintaqdan yayınma ehtimalının azlığı göstərilib.

Qeyd olunur ki, Axundov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (mənimsəmə - xüsusilə külli miqdarda törədildikdə) üzrə ittiham irəli sürülüb.

Məlumatda həmçinin bildirilir ki, Zaur Axundovun qardaşı Ramin Axundov, “Araz-Naxçıvan” futbol klubunun rəhbəri, siqaret qaçaqmalçılığı ilə bağlı aparılan cinayət işi üzrə axtarışdadır.

Namiq HUN

TodayPress TV

tag: AFF,Zaur Axundov,Cinayət işi,Araşdırma,Todaypress.tv,