Futbolda yeni era

Futbolda yeni era
31.12.2025 16:26 İdman

FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib.

TodayPress TV xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) mətbuat xidməti məlumat yayıb.

FIFA-nın Dubay İdman Şurası ilə birlikdə ilin ən yaxşı futbolçuları üçün təsis etdiyi yeni mükafat 2026-cı ildə ilk nominantlarını tapacaq. 

Xatırladaq ki, FIFA 1991-ci ildən ən yaxşı futbolçunu mükafatlandırır. Qurum 2009-cu ilə qədər qalibi müstəqil seçib. Növbəti 5 ildə mükafat “France Football” jurnalı ilə birgə təqdim edilib. Mükafat “FIFA Qızıl Top” adlandırılıb. 2016-cı ildən isə iki mükafat təqdim edilib. Biri jurnal, digəri isə FIFA tərəfindən.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər