Futbolçular klubun yenidənqurma mərhələsinə keçəcəyindən narahatdır

İdman

04.01.2026 10:11

“Çelsi”də Mareska dövründə sağlam komanda mühiti mövcud idi. Futbolçular yeni yenidənqurma mərhələsindən narahatdır.

TodayPress TV xəbər verir ki, The Athletic nəşri Londonun “Çelsi” klubunun futbolçularının baş məşqçi Enzo Mareskanın vəzifədən azad olunmasına reaksiyası barədə məlumat yayıb.

Mənbənin yazdığına görə, Mareskanın birmənalı qarşılanmayan ünsiyyət tərzinə baxmayaraq, bir çox futbolçu onun rəhbərliyi altında çalışmaqdan məmnun idi. Komanda daxilində sağlam psixoloji mühit qorunur, məşqçi ilə klub rəhbərliyi arasında mümkün fikir ayrılıqları isə paltardəyişmə otağındakı atmosferə təsir göstərmirdi.

Bununla belə, futbolçular arasında Mareskanın gedişindən sonra klubun yenidən qurulma mərhələsinə keçə biləcəyi ilə bağlı narahatlıq mövcuddur. Onlar hesab edirlər ki, bu qərar komanda daxilində formalaşmış balansın pozulmasına səbəb ola bilər.

Bildirilir ki, məşqçi postunda tez-tez edilən dəyişikliklər stabil layihə qurmağı çətinləşdirir və bu amil “Çelsi”nin yaxın gələcəkdə titul uğrunda mübarizəsinə mənfi təsir göstərə bilər.

Xatırladaq ki, italiyalı mütəxəssis Enzo Mareska yanvarın 1-də “Çelsi” klubunun baş məşqçi vəzifəsindən azad edilib.

Namiq HUN

TodayPress TV

tag: Enzo Mareska,Çelsi,Klub,Qərar,Todaypress.tv,