Fransa millisi 1/8 final mərhələsinə yüksəldi

Fransa millisi 1/8 final mərhələsinə yüksəldi
01.07.2026 08:50 İdman

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.

TodayPress TV xəbər verir ki, pley-off mərhələsində Fransa və İsveç milliləri üz-üzə gəlib.

Görüş Bakı vaxtı ilə saat 01:00-da başlayıb.

Matça Fransa millisi fəal başlayıb. Ardıcıl hücumları nəticəsiz qalan fransızlar istəyinə ancaq 45-ci dəqiqədə çata bilib. Kilian Mbappe komandasını önə keçirib: 1:0. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissə başlar-başlamaz Fransa hesab arasındakı fərqi artırıb. 53-cü dəqiqədə Barkola fərqlənib: 2:0.

74-cü dəqiqədə səhnəyə yenidən Mbappe çıxıb. Ulduz futbolçu özünün 2-ci, komandasının 3-cü qolunu vurub.

Görüş bu hesabla başa çatıb.

Fransa 1/8 finalda Almaniyanı mübarizədən kənarlaşdıran Paraqvay seçməsi ilə qarşılaşacaq.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUL 2026
Bütün Xəbərlər