“Formula-1”də final qalmaqalı: Bottas İmola variantına qarşı çıxdı!

“Formula-1”də final qalmaqalı: Bottas İmola variantına qarşı çıxdı!
01.10.2026 15:30 İdman

“Cadillac” komandasının pilotu Valteri Bottas “Formula-1” üzrə 2026-cı il mövsümünün final mərhələsinin İtaliyanın “İmola” trasında keçirilməsi ideyasına pilotların isti yanaşmadığını bildirib. 

TodayPress TV xəbər verir ki, bu barədə “GPblog” nəşri məlumat yayıb. 

“Mən bu ideyanın böyük tərəfdarı deyiləm. İlın bu vaxtında orada olan hava şəraitini duymuşam: səhər dumanı, çox tez batan günəş, aşağı temperatur. Həm də bilmirəm, İtaliyadakı vergilər haqqında eşitmisinizmi? Son hadisələrdən və baş verənlərdən sonra heç bir pilot İtaliyada yarışmaq həvəsində deyil.

Lakin düşünmürəm ki, “Formula-1” buradakı bütün insanları riskə atsın. Ona görə də, əgər yarışı “İmola”da keçirmək qərarına gəlsələr, mən bununla razılaşaram. Bəli yarışın BƏƏ-də keçirilməsinə üstünlük verərdim, Əbu-Dabidə vergi yoxdur, elə deyil? Düşünürəm ki, hərkəs daha isti bir yerdə yarışmağı üstün tutardı. Lakin hələ ki eşitdiyimə görə, biz hər halda Qətərə və Əbu-Dabiyə yola düşəcəyik”, - deyə Bottas bildirib.

Yaxın Şərqdəki hərbi münaqişə səbəbindən “Formula-1” rəhbərliyi Qətər və Əbu-Dabidəki yekun mərhələlərin baş tutub-tutmayacağını hələ rəsmən təsdiqləməyib. Əgər mərhələlərdən birini təşkil etmək mümkün olmasa, “İmola” alternatıv variant kimi nəzərdən keçirilir. 

Namiq HUN

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər